• 19 Mart 2024
logo
Braziliyada bir sutkada 22 mindən çox insanda koronavirus aşkar olunub

Braziliyada bir sutkada 22 mindən çox insanda koronavirus aşkar olunub

Braziliyada son sutka ərzində daha 22 048 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 057 470 nəfər yoluxub. Bu müddət ərzində 101 752 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 703 nəfər olub.

Həmçinin bu günədək 2 163 812 (yoluxanların təxminən 70%-i) xəstə müalicə olunaraq sağalıb. Hazırda 791 801 aktiv xəstə var.