Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Trend-in məlumatına görə, partlayışdan sonra yanğın başlayıb.
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.