• 19 Mart 2024
logo
Ermənistanda COVID-19-dan ölənlərin sayı 800-ə yaxınlaşır

Ermənistanda COVID-19-dan ölənlərin sayı 800-ə yaxınlaşır

Ermənistanda son sutkada daha 23 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 433 nəfərə çatıb. Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 796 nəfər olub. Ermənistanda xəstəlikdən sağalanların sayı 32 616 nəfərdir.