• 26 Aprel 2024
logo
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb

Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb

Belarusda prezident seçkilərində seçki məntəqələri bu gün saat 8:00-da açılıb və saat 20:00-dək fəaliyyətlərini davam edəcəklər.

Trend-in "Belta"-ya istinadən verdiyi məlumata görə, seçkilərdə 5767 seçki məntəqəsi yaradılıb.

Tənəffüs yoluxucu infeksiyaların (COVID-19 daxil olmaqla) yayılmasının qarşısını almaq üçün seçicilərə məntəqəyə daxil olarkən şəxsi qoruyucu vasitələr (maska, əlcək) geyinmək tövsiyə olunur.

6 844 932 vətəndaş seçici siyahılarına daxil edilib.