• 6 Dekabr 2024
logo
BMT: Təkcə iqlim deyil, həm də siyasi atmosfer isinir

BMT: Təkcə iqlim deyil, həm də siyasi atmosfer isinir

BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorkda jurnalistlərin qarşısında bəyanatla çıxış edib.AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Quterreş dünyada təkcə iqlimin deyil, həm də siyasi atmosferin getdikcə isindiyini bildirib.
Baş katib əlavə edib: “Yayın qızmar istisinə dözmək çətindir, lakin bu yay mövsümü bizim və hətta babalarımızın belə gənclik illərində görmədiyi bir anomaliyadır”. İyun ayının tarixdə ən isti analoji ay olduğu barədə alimlərin qənaəti ilə həmfikir olduğunu qeyd edın Quterreş bildirib ki, iqlim dəyişməsi il mübarizə bəşəriyyətin yaşamaq uğrunda mübarizəsidir və təəssüf ki, insanlıq bu yarışda uduzur. O, daha ciddi fəsadların qarşını almaq üçün atmosferin isinməsini 1,5 dərəcə Selsi səviyyəsində saxlanılmasının, 2013-cu ilədək atmosferə qaz emissiyasının 40 faiz azaldılmasının və 2050-ci ildə sıfır səviyyəsinə endirilməsinin zəruriliyini vurğulayıb. Eyni zamanda, son illərdə iri şirkətlərin təmiz enerji mənbələrinə neft və qazdan daha çox sərmayə qoyması nikbinlik üçün əsas verir. Baş katib sentyabrın 23-də İqlim Sammitinin keçiriləcəyini xatırladıb və dövlət və hökumət başçılarından bu tədbirə konkret təkliflərlə gəlməyi xahiş edib.
Antonio Quterreş qeyd edib ki, atmosferin isinməsi ilə yanaşı, beynəlxalq vəziyyət də getdikcə gərginləşir. O, ilk növbədə, Fars körfəzində yaranmış vəziyyət, “dünyanın iki nəhəng iqtisadiyyatı” – ABŞ və Çin, habelə nüvə silahına malik olan dövlətlər arasında gərginliyin artmasından narahatlığını ifadə edib. Baş katib xatırladıb ki, ən cüzi düşünülməmiş addım irimiqyaslı münaqişəyə gətirib çıxara bilər və tərəflər dəniz naviqasiyası məsələsində beynəlxalq normalara riayət etməlidirlər. Onun sözlərinə görə, qlobal gərginliyin artması Liviya, Yəmən, Suriya və Fələstində münaqişələrin həllini də çətinləşdirir.