• 20 Aprel 2024
logo
Fransa Səhiyyə naziri koronavirusa qarşı mübarizədə səylərin artırılmasının vacibliyini bildirib

Fransa Səhiyyə naziri koronavirusa qarşı mübarizədə səylərin artırılmasının vacibliyini bildirib

Fransa Səhiyyə naziri Jerome Salomon Fransa və Avropada koronavirusa yoluxmanın atması fonunda infeksiyaya qarşı ciddi mübarizə aparmayan ölkələrə xəbərdarlıq edib.

APA Reuters-ə istinadən xəbər verir ki, bunu Səhiyyə nazir Fransanın Mayenne bölgəsində keçirilən mətbuat konfransında deyib.

Bildirib ki, dünya miqyasında sözügedən virusun yayılması artıb: "Fransa və Avropada virusa yoluxmada çox açıq artım tendensiyası müşahidə edilməkdədir. Koronavirusa qarşı mübarizədə səyləri davam etdirmək lazımdır".

Qeyd edək ki, Fransada COVID-19 infeksiyasına yoluxma 24 saat ərzində 1600-dən çox artaraq, may ayının sonundan bəri görünməyən səviyyəyə çatıb. Reanimasiya şöbələrində xəstələrin sayında da artım qeydə alınıb.