• 26 Sentyabr 2020
logo
Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

ABŞ Prezidenti Donald Trampın seçki qərargahı noyabr ayında keçiriləcək prezident seçkilərində poçtla səsverməyə icazə vermiş Nevada ştatının rəhbərliyini məhkəməyə verib.

D.Tramp poçtla səsvermə zamanı saxtalaşdırmanın ola biləcəyi barədə narahatlığını dəfələrlə ifadə edib.

ABŞ Prezindeti, həmçinin poçtla verilən səslərin sayılması üçün çox illər tələb oluna biləcəyini deyib.

Bir neçə gün əvvəl Nevada ştatının qanunverici orqanı poçtla səsvermə haqqında qanun layihəsini qəbul edib. Ştat qubernatoru Stiv Sosolak layihəni imzalayıb.