• 23 Sentyabr 2020
logo
Beyrutdakı partlayışa görə liman administrasiyasının bütün əməkdaşları ev dustağı edilib

Beyrutdakı partlayışa görə liman administrasiyasının bütün əməkdaşları ev dustağı edilib

Livan hökuməti Beyrut limanında baş verən partlayışa görə xüsusi vəzifəli şəxslər müəyyənləşdirilib məsuliyyətə cəlb olunana qədər limanın bütün administrasiyasının işçilərinin ev dustaqlığı barədə qərar qəbul edib.

APA-nın TASS-a istinadən vediyi xəbərə görə, bu barədə Livanın "LBC International" telekanalı məlumat yayıb.

Müvafiq qərar hökumət kabinetinin fövqəladə iclasında qəbul edilib. Qərarın icrası orduya həvalə olunub.

Xatırladaq ki, dünən Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.