• 2 İyul 2025
logo
Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

Livanın paytaxtı Beyrut şəhərində limanda baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.

Bu barədə “Sky News Arabia” telekanalı ölkənin Səhiyyə naziri Həmad Həsənə istinadən məlumat yayıb.

Nazir 4 minə yaxın insanın partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Bundan əvvəl partlayışda 108 nəfərin həlak olduğu açıqlanmışdı.