• 25 Aprel 2024
logo
ABŞ özünü uşaq kimi aparır – Ruhani

ABŞ özünü uşaq kimi aparır – Ruhani

İran Prezidenti Həsən Ruhani iki ölkə arasında gərginləşən münasibətlər fonunda Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edən ABŞ-ı uşaq kimi davranmaqda ittiham edib.
Bu barədə “Röyter” yazıb.
“Onlar uşaq davranışlarına əl atırlar. Hər gün ilkin şərtlər olmadan danışıqlara hazır olduqlarını açıqlasalar da, Zərifə sanksiya tətbiq edirlər”, - Ruhani bildirib.
Qeyd edək ki, ABŞ hökuməti İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib. Zərif xüsusi kateqoriyalı şəxslər siyahısına daxil edilib.