• 19 Mart 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 7 066 nəfər karantində saxlanılır, 294 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 974 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.