• 28 Mart 2024
logo
Ermənilər Soçidə kütləvi şəkildə işdən qovulur

Ermənilər Soçidə kütləvi şəkildə işdən qovulur

Soçi Beynəlxalq Hava Limanından ermənilərin kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb.
Hava limanından qovulan ermənilər məsələ ilə bağlı bəyanat yayıblar. Onlar hava limanından məhz milli kimliyinə görə 100 nəfərin qovulduğunu bildiriblər.
Ermənilər bu prosesin 2018-ci ilin əvvəlindən başladığını və ilk təmizləmələrin hava limanının Daşınmaların Təşkili Xidməti və Aviasiya Təhlükəsizliyi Xidmətində aparıldığı vurğulayıblar. Onlar hətta iclaslar zamanı erməni əsilli şəxslərin könüllü şəkildə 1 sentyabra qədər istefa verməsi gərəkdiyi ilə bağlı xəbərdarlıq aldığını da iddia ediblər.