• 17 Sentyabr 2019
logo
add image
İranda 3 narkotik qaçaqmalçısı öldürüldü

İranda 3 narkotik qaçaqmalçısı öldürüldü

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində keçirilən əməliyyat nəticəsində 3 narkotik qaçaqmalçısı öldürülüb.
Bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri polis informasiya agentliyinə açıqlamasında deyib.
M.Qənbərinin sözlərinə görə, narkotik qaçaqçılarla baş verən silahlı insidentdə bir qaçaqmalçı öldürülüb. Hadisə yerinə baxış keçirilərkən 832 kq tiryək, 4 ədəd Kalaşnikov avtomatı və bir ədəd Colt tapançası aşkarlanıb. Qalan qaçaqmalçılar bir avtomobillə hadisə yerindən qaçıblar.
Qənbəri əlavə edib ki, əməliyyatın davamında daha 2 qaçaqmalçı öldürülüb. Onların avtomobilinə baxış keçirilərkən 388 kq tiryək, 25 kq həşiş, 2 ədəd Kalaşnikov avtomatı aşkarlanıb.