• 1 Oktyabr 2020
logo
Ermənistanda koronavirusa yoluxanların sayın 39 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayın 39 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 39 298 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 196 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 8 158 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.