• 24 Avqust 2019
logo
add image
"Bütün Sibir alov içindədir, çünki..." - Jirnovski

"Bütün Sibir alov içindədir, çünki..." - Jirnovski

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirnovski Sibiri bürümüş yanğınların səbəblərindən danışıb.
Hazırda geniş miqyas alımış yanğınları meşə gözətçilərinin ixtisara salınması ilə əlaqələndirib:
"Meşəbəyi ştatları 5 dəfə azaldılıb. Əvvəllər biz yanğın barədə ilk qığılcımdan xəbər tuturduq, kiçik qüvvə ilə onu yerindəcə söndürürdük, indisə yanğını aşkarlayan yoxdur. Alov milyon hektarları əhatə edənədək ləngiyirik.
Bütün hallarda yanğını söndürmək istəmirlər, çünki bahadır. Razıyam, bahadır. Bəs adamlar haqda kim düşünsün?"
Rusiyanın Sibir və başqa regionlarını bir həftə öncədən meşə yanğınları bürüyüb. Dörd regionda fövqəladə vəziyyət hökm sürür. İrkutsk vilayəti, Krasnoyar, Yaktiya və Buryatiyada vəziyyət daha ağırdır.
Meşə yanğınları 2,7 milyon hektar ərazini əhatə edib, bu, ötən illə müqayisədə 12 faiz çoxdur.