• 24 Aprel 2024
logo
Dünyada koronavirusdan sağalanların sayı 10 milyonu keçib

Dünyada koronavirusdan sağalanların sayı 10 milyonu keçib

Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı 10 milyonu keçib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cons Hopkins Universitetinin son hesabatında bildirilib.

Qeyd olunub ki, hazırda dünyada COVID-19-dan sağalmışların dəqiq sayı 10 000 738 nəfərə çatıb.

Qeyd edək ki, dünyada yeni virusa17 109 335 nəfər yoluxub, ölənlərin sayı isə ümumilikdə 668 801 nəfərdir.