• 4 Avqust 2020
logo
Rusiyada COVID-19-a yoluxanların sayı 843 499 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 843 499 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 5 509 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 843 499 nəfərə çatıb.

Son sutka ərzində 129 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 802 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 629 655 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.