• 4 Avqust 2020
logo
Hindistanda bir gündə 50 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Hindistanda bir gündə 50 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Hindistanda ötən gün koronavirusa yoluxma üzrə növbəti dəfə rekord qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 52 123 nəfər virusa yoluxub.

Bu günədək Hindistanda 1 583 792 nəfər koronavirusa yoluxub. Bu göstəriciyə görə Hindistan üçüncü yerdə gedir.

İnfeksiyaya yoluxanların 1 020 582 nəfəri sağalıb, 34 968 nəfər virusun qurbanı olub.