İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 235 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 16 147 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 667 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 296 273 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 257 029 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 902 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.