• 14 Fevral 2025
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 104 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 104 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 19 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 104 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 936 nəfər karantində saxlanılır, 268 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Virusa yoluxanlardan 912 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.