ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 56 750 yoluxma qeydə alınıb, 372 nəfər vəfat edib.
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, ABŞ-da indiyədək COVID-19-a 3 830 926 yoluxma aşkarlanıb.
Xəstəlikdən ölənlərin sayı 140 mindən çoxdur.