• 26 Aprel 2024
logo
Yaponiyada 11 nəfər öldü - İSTİDƏN

Yaponiyada 11 nəfər öldü - İSTİDƏN

Yaponiyada kəskin istilərlə əlaqədar 11 nəfər ölüb, daha 5,6 min nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, ən çox zərərçəkən Tokioda qeydə alınıb. Paytaxda 121 nəfər istivurma ilə xəstəxanalara çatdırılıb.
Qeyd olunur ki, ölkənin bəzi prefekturalarında temperatur 37 dərəcəyədək yüksəlib.
Sinoptiklərin proqnozlarına əsasən, yüksək temperatur daha bir neçə gün davam edəcək.