• 19 Aprel 2024
logo
Çində avtobus körpüdən çaya düşüb, ölən və yaralananlar var

Çində avtobus körpüdən çaya düşüb, ölən və yaralananlar var

Çinin Haykou şəhərində sərnişin avtobusu körpüdən çaya düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub, 9 nəfər isə xəsarət alıb.
Bildirilir ki, insident yerli vaxtla saat 08:30-da baş verib. Avtobus hərəkət zolağından kənara çıxıb və körpüdən çaya düşüb.
Qəza zamanı avtobusda sərnişinlər və sürücü olub.
Qeyd edilir ki, hadisə yerində xilasedicilər işləyir. Qəzanın səbəbi araşdırılır.