• 19 Fevral 2025
logo
Rusiya qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlını İnterpol xətti ilə axtarışa verib

Rusiya qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlını İnterpol xətti ilə axtarışa verib

Rusiya hüquq-mühafizə orqanları 27 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1993-cü ildə anadan olan Raman Salayev qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün İnterpola müraciət olunub.