• 29 Mart 2024
logo
Britaniya XİN başçısı: “Rusiyalı hakerlər COVID-19 peyvəndi ilə bağlı araşdırmaları oğurlamağa çalışır”

Britaniya XİN başçısı: “Rusiyalı hakerlər COVID-19 peyvəndi ilə bağlı araşdırmaları oğurlamağa çalışır”

"Rusiyalı hakerlər COVID-19 peyvəndi ilə bağlı araşdırmaları oğurlamağa çalışır".

Bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.

"Rusiya kəşfiyyat xidmətinin koronavirus pandemiyası ilə mübarizə aparanları hədəfə alması tamamilə qəbuledilməzdir. Başqaları öz ehtiyatsız davranışları ilə öz eqoist maraqlarını həyata keçirərkən, Britaniya və müttəfiqləri peyvənd tapmaq və qlobal sağlamlığı qorumaq üçün böyük səylər göstərirlər. Britaniya bu cür kiberhücumları edənlərə qarşı mübarizəni davam etdirəcək", - deyə nazir vurğulayıb.