• 19 Aprel 2024
logo
Ermənistanda koronavirusdan ölənlərin sayı 600-ü ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 600-ü ötdü

Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 33 559-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 607-yə çatıb. İndiyədək 21 931 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 832 aktiv koronavirus xəstəsi var.