• 28 Mart 2024
logo
Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib

Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib

Çindən İtaliyaya tomat pastası daşıyan konteyner qatarlarının hərəkəti bərpa olunub.

82 konteynerdən ibarət növbəti qatar operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti - ADY Konteyner olan “Beket-Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanından Ələt limanına çatdırılıb. 20 futluq konteynerlər limanda aşırıldıqdan sonra platformalara yüklənərək dəmir yolu vasitəsilə Gürcüstanın Poti limanına, oradan isə gəmilərlə İtaliyaya çatdırılacaq. Daşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası başlayandan Çindən İtaliyaya mütəmadi olaraq tomat pastası daşıyan konteyner qatarlarının hərəkətində fasilə yaranmışdı.