• 20 Sentyabr 2020
logo
Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb

Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb

Paytaxt Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb.

APA-nın "koronavirusinfo.az" saytına istinadən verdiyi məlumata görə, yoluxma halları Bakı şəhərində 55.3 faiz təşkil edib.

Məlumata əsasən, Abşeronda yoluxma 17.0 faiz, Gəncə-Qazax bölgəsində 7.7 faiz, Aranda 7.4 faiz, Lənkəranda 5.6 faiz, Quba-Xaçmazda 2.1 faiz, Şəki-Zaqatalada 1.6 faiz, Yuxarı Qarabağda 1.0 faiz, Dağlıq Şirvanda 1.4 faiz təşkil edib. Naxçıvanda yoluxma 0. 0 faiz, xaricdən gələnlərdə yoluxma halları isə 1.1 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 24570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15640 nəfər müalicə olunaraq sağalıb, 313nəfər vəfat edib, 8617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.