• 14 Avqust 2020
logo
Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi

Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi

Bu ilin II rübündə Rusiyanın qızıl ixracından gəlirləri təbii qaz ixracından gəlirlərini üstələyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin və Rusiya Bankının (Mərkəzi Bank) açıqlamasında bildirilir.

Məlumata görə, təkcə aprel-may aylarında Rusiya şirkətləri 65,4 ton qızıl ixrac ediblər ki, bunun da ümumi dəyəri 3,55 milyard ABŞ dolları təşkil edib. Bütün rüb ərzində qonşu ölkənin "mavi yanacaq" ixracından gəlirləri isə 3,5 milyard ABŞ dolları olub. Bu da 1992-ci ildən bəri ən aşağı rüblük göstəricidir.