• 25 Aprel 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 999 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 999 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökümətinin koronavorusla mübarizə çərşçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 999 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5001 nəfər karantində saxlanılır, 219 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 870 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.