• 29 Mart 2024
logo
Qırğızıstanın Xarici işlər naziri koronavirusa yoluxub

Qırğızıstanın Xarici işlər naziri koronavirusa yoluxub

Qırğızıstanın Xarici işlər naziri Çingiz Aydarbekov koronavirusa yoluxub.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə nazir özünün "Facebook" səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, immun sistemi 11 günlük temperatura qarşı mübarizə aparıb: "Allahın köməyi ilə bərpa baş verdi, çünki vaxt yoxdur, iş isə çoxdur".