• 19 Aprel 2024
logo
Kudrin: "ABŞ-ın dövlət borcunun artması dollar və inkişafda olan bazarların valyutalarına risk yarada bilər"

Kudrin: "ABŞ-ın dövlət borcunun artması dollar və inkişafda olan bazarların valyutalarına risk yarada bilər"

"ABŞ-ın dövlət borcunun artması dollar və inkişaf etməkdə olan bazarların valyutaları üçün risk təhlükəsi yarada bilər".

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Hesablama Palatasının rəhbəri Aleksey Kudrin deyib.

"Təkcə ilin əvvəlindən ABŞ-ın dövlət borcu ÜDM-in 108%-dən 123%-nə qədər artıb. ABŞ üçün bu, kritik deyil, lakin tendensiya əhəmiyyətli dərəcədə dəyişməzsə, dollar və dünya bazarı üçün təhlükə yarana bilər", - deyə A. Kudrin bildirib.
O əlavə edib ki, inkişaf etmiş ölkələrin təminat səviyyəsini və bazar sabitliyini nəzərə alaraq, onlar bu borcları cəsarətlə cəlb edib: "Lakin bir daha deyirəm, əgər bu tendensiya davam edərsə, inkişaf etməkdə olan bazarlar da risklərə məruz qalacaq, çünki biz onlarla çox bağlıyıq".

A. Kudrin onu da bildirib ki, 2020-ci ilin əvvəlində ümumi dünya borcu qlobal ÜDM-in 322%-nə çatıb. Sözügedən borcun həcmi 2008-2009-cu illərdən bəri 40% artıb.

Xatırladaq ki, cari ilin iyunun əvvəlinə ABŞ-ın dövlət borcu rekord həddə çataraq 26,003 trln. dolları ötüb.