Rusiyada son sutka ərzində daha 6 635 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 713 936 nəfərə çatıb.
Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 017 nəfərə çatıb.