• 14 Avqust 2020
logo
“Favipiravir” preparatının COVID-19-a qarşı müalicədə effektiv olmadığı müəyyənləşib

“Favipiravir” preparatının COVID-19-a qarşı müalicədə effektiv olmadığı müəyyənləşib

Qrip əleyhinə istifadə olunan “Favipiravir” (həmçinin “Aviqan” kimi də tanınır) preparatının yeni koronavirus (COVID-19) infeksiyasının müalicəsində effektiv olmadığı müəyyənləşib.

APA-nın xəbərinə görə, “Kiodo” agentliyinin yaydığı məlumatda bildirilir ki, “Favipiravir” preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.

O da bildirilib ki, Yaponiyanın “Fujifilm Holdings” korporasiyası tərəfindən hazırlanmış “Favipiravir” preparatının klinik sınaqlarına bu ilin yazında başlanılmışdı.