• 17 Aprel 2024
logo
BVF və Dünya Bankının illik toplantısı onlayn formatda keçiriləcək

BVF və Dünya Bankının illik toplantısı onlayn formatda keçiriləcək

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Direktorlar Şuralarının illik toplantısının payız sessiyası onlayn formatda keçiriləcək.

"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, bunu BVF-nin baş direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti Devid Melpas təsdiq edib.

"Dünyadakı COVID-19 virusu ilə bağlı vəziyyətin izləməyə davam edirik və pandemiya ilə əlaqəli sağlamlıq risklərini nəzərə alaraq, BVF və Dünya Bankı rəhbərliyi oktyabrın 12-18-də baş tutacaq illik sessiyanın əsasən virtual formatda keçirilməsini tövsiyə edir" -deyə K. Georgiyeva və D. Melpasın ortaq bəyanatında deyilir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı və BVF-nin üzvüdür. İndiyədək Dünya Bankı Azərbaycana 3,5 mlrd. ABŞ dollarından çox kredit ayırıb.