• 29 Mart 2024
logo
Rusiyadan 13 ölkəyə uçuşları bərpa etmək təklif olunur

Rusiyadan 13 ölkəyə uçuşları bərpa etmək təklif olunur

Rusiyanın "Rospotrebnadzor" Federal Xidməti 13 ölkəyə uçuşları bərpa etməyi təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "Rospotrebnadzor" rəhbərinin müavini Mixail Orlov tərəfindən “Rosaviasya” və Nəqliyyat Nazirliyinə göndərilən məktubda bildirilib.

Rusiyadan uçuşların bərpa olunmasının təklif olunduğu ölkələrdən 9-u Avropa (Almaniya, İtaliya, Böyük Britaniya, Finlandiya, Polşa, Danimarka, Macarıstan, Niderland və Norveç), 4-ü isə Asiya (Çin, Şri-Lanka, Vyetnam və Monqolustan) ölkələridir.

Uçuşların bərpa tarixi isə məktubda qeyd olunmayıb.