• 23 Aprel 2024
logo
Trüdo: Kanada koronavirusla ABŞ-dan daha effektiv mübarizə aparır

Trüdo: Kanada koronavirusla ABŞ-dan daha effektiv mübarizə aparır

Kanada koronavirusla ABŞ və digər ölkələrdən daha effektiv mübarizə aparır.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

C.Trüdo bildirib: "Biz virusu nəzarəti bir çox müttəfiqlərimizdən, xüsusən də qonşularımızdan daha effektiv şəkildə nəzarət altına ala bildik".

Baş nazir vurğulayıb ki, kanadalılar ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün ABŞ ilə sərhədlərlərin açılmasına qarşıdırlar.

Qeyd edək ki, Kanadada yeni növ koronavirusa 106 min nəfər yoluxub, onlardan 70 min nəfəri sağalıb, təxminən 9 min nəfəri isə vəfat edib.