• 4 Avqust 2020
logo
Rusiya Dumasının koronavirusa yoluxan deputatlarının sayı açıqlanıb

Rusiya Dumasının koronavirusa yoluxan deputatlarının sayı açıqlanıb

Rusiya Dövlət Dumasının 35 deputatı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

“Bizim xəstələnib sağalan, antikoru olan və bununla yanaşı, xəstəxanalara yerləşdirilməyən deputatlarımız var. Onların sayı 35 nəfərdir. Bu çoxdur, ona görə də gəlin bir-birimizə diqqətlə yanaşaq", - deyə V. Volodin vurğulayıb.

Dumanın spikeri hazırda xəstəxanalarda koronavirusdan müalicə alan deputatların da olduğunu qeyd edib.