• 20 Aprel 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 958 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 958 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3903

nəfər karantində saxlanılır, 202 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 838 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.