• 11 Avqust 2020
logo
Yaponiyada güclü yağış və sürüşməyə görə 1,28 milyon insan təxliyə olunacaq

Yaponiyada güclü yağış və sürüşməyə görə 1,28 milyon insan təxliyə olunacaq

Yaponiyada güclü yağış səbəbindən 1,28 milyon insanın təxliyə olunması barədə qərar çıxarılıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Yaponiyanın cənub-qərbindəki dörd prefekturada (Fukuoka, Kumamoto, Naqasaki, Oita) evakuasiya elan edilib.

Şənbə günündən bəri Yaponiyanın cənub-qərbində yağan güclü yağış, sel, daşqın və torpaq sürüşmələri nəticəsində 52 nəfərin öldüyü, 2 nəfərin vəziyyətinin ağır olduğu, 12 nəfərin itkin düşdüyü bildirilir. Kyushuda 7 minə yaxın insan işıqsız qalıb.

Fəlakət bölgəsində 10 minə yaxın xilasedici və hərbi qulluqçu işləyir. Yağıntılar cənub-qərbdən şimala doğru hərəkət edir. Bir sıra yerlərdə yollar və körpülər dağılıb, bu da fəlakətin miqyasını qiymətləndirməyi çətinləşdirib. Ölkənin cənub-qərb bölgəsində avtomobil istehsalçıları, banklar və digər şirkətlər fəaliyyətini dayandırıb.