• 23 Aprel 2024
logo
ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

Naməlum şəxslər Bağdadın yaşıl zonasında ABŞ səfirliyinə raket atəşini açıb.

Bu barədə "Al Arabiya" telekanalı bildirib.

İraqın "Diclya" peyk televiziya kanalının verdiyi məlumata görə, bəzi raketlər Patriot zenit raket sistemləri tərəfindən ələ keçirilib.

Məlumata əsasən, "yaşıl zona"nın ərazisinə bir neçə mərmi düşüb. Dağıntılar haqqında məlumat verilməyib.