• 19 Aprel 2024
logo
"Air France" 7 mindən çox işçini ixtisar edəcək

"Air France" 7 mindən çox işçini ixtisar edəcək

Fransanın "Air France" aviaşirkəti koronavirus pandemiyasının səbəb olduğu böhranla əlaqədar 7,5 mindən çox əməkdaşı ixtisar etməyi planlaşdırır.
Son 3 ay ərzində şirkətin gəlirləri 95 faiz azalıb. Pandemiyanın ən qızğın dövründə aviaşirkətin gündəlik itkiləri 15 milyon dollara bərabər olub.
Qeyd olunur ki, ixtisar olunacaq işçilərin sayı 7 580 nəfər olacaq. Onlardan 1 020 nəfər "Air France" qrupunda daxil olan "Hop!" regional aviaşirkətinin əməkdaşlarıdır.
Hazırda "Air France"ın 41 min əməkdaşı var.