• 19 Aprel 2024
logo
Cənubi Koreyada yeni Birləşmə naziri təyin edilib

Cənubi Koreyada yeni Birləşmə naziri təyin edilib

Cənubi Koreya Prezidenti Mun Çje İn Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əlaqələrə cavabdeh olan yeni Birləşmə naziri təyin edib.

APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi xəbər görə, “Toburo” Demokratik Partiyasının rəhbərinin müavini Li İn Yon Birləşmə naziri postuna təyin olunub.

Qeyd edək ki, sabiq nazir Kim Yon Çhol ötən ay KXDR-lə münasibətlərin gərginləşməsi fonunda istefa verib.