• 11 Avqust 2020
logo
ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı

ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı

ABŞ-da son sutka ərzində 52 min insan koronavirusa yoluxub. Bu, gündəlik yoluxma üzrə rekorddur.

Bu məlumatları Cons Hopkins Universiteti verib.

Mövcud artım afroamerikalı Corc Floydun həbs edilməsi zamanı ölümündən sonra başlayan etirazlarla əlaqələndirilir.

Qeyd olunur ki, ABŞ-da ümumilikdə 2,7 milyon insan koronavirusa yoluxub, 130 mindən çox insan COVID-19-un qurbanı olub.

Ölkə virusun yayılmasına görə dünyada birinci yerdədir.