• 29 Mart 2024
logo
Novak: "Gələn il qlobal neft tələbatının bərpası üzrə proqnoz nikbindir"

Novak: "Gələn il qlobal neft tələbatının bərpası üzrə proqnoz nikbindir"

"Qlobal neft tələbatının bərpası 2021-ci ilin sonunda baş verə bilər".

Bu barədə Rusiya Energetika naziri Aleksandr Novak Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, tələbat üzrə yeni növ koronavirus pandemiyasından əvvəl olan göstəricilərə bu il qayıtmaq mümkün olmayacaq: "Çox güman ki, biz bu göstəricilərə gələn ilin sonunda çıxa biləcəyik və fikrimcə, bu, çox optimistikdir".

Nazir onu da bildirib ki, gələcək illərdə energetikanın strukturunda böyük dəyişiklər baş tutacaq. Belə ki, öncəki proqnozlara görə, karbohidrogenlərin energetikada payı 2040-cı il üçün 85%-dən 75%-ə düşəcəyi proqnozlaşdırılırdısa, indiki tendensiyaları nəzərə alaraq, bu göstəricinin 65-68%-dək düşəcəyindən danışmaq olar. Bu da o deməkdir ki, alternativ və bərpa olunan enerji mənbələrinin enerji istehsalında payı və əhəmiyyəti artacaq.

A. Novakın fikrincə, bu, ilk növbədə, karbohidrogenlərə olan tələbatın bərpasının daha uzun müddət davam etməsi ilə və distant qaydada fəaliyyət göstərməyin müsbət tərəfləri ilə bağlıdır.