• 9 İyul 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 931 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 931 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 931 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 2 809 nəfər karantində saxlanılır, 229 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Virusa yoluxanlardan 794 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.