• 8 İyul 2020
logo
Çində pandemiyaya səbəb ola biləcək yeni donuz qripi aşkarlanıb

Çində pandemiyaya səbəb ola biləcək yeni donuz qripi aşkarlanıb

Çinli alimlər pandemiya potensialı olan yeni donuz qripi ştammı aşkar ediblər.

Alimlər 2011-ci ildən 2018-ci ilədək donuz qripi viruslarının müşahidələrini aparıb. Nəticədə 179 növ virus müəyyən edilib.

Onlardan ən azı biri 2009-cu ildə pandemiyaya səbəb olmuş H1N1 virusunun genlərini daşıyır.

Qeyd olunur ki, G4 EA H1N1 adı verilən virus ştammı 2016-cı ildən donuzlar arasında yayılır.

Eyni zamanda, seroloji araşdırma zamanı məlum olub ki, həmin fermalarda işləyən əməkdaşların 10 faizində bu virusa qarşı anticisimlər mövcuddur.

Mütəxəssislərin fikrincə, G4 EA H1N1 virusun insan orqanizmində adaptasiya imkanları böyükdür və bu, mümkün pandemik virusların yayılması baxımından təhlükəli ola bilər.