• 28 Mart 2025
logo
Prezidentin köməkçisi: “Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”

Prezidentin köməkçisi: “Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”

"Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar". Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar: "Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər". Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur: "Dövlətin karantin rejimi tətbiq etməkdə məqsəd vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq".