• 27 İyul 2024
logo
Rusiyada COVID-19-a yoluxanların sayı 647 849 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 647 849 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 6 693 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 647 849 nəfərə çatıb.

Son sutka ərzində 154 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 320 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 412 650 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.