Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Vladiqafqazda terror aktının qarşısını alıb.
APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya FTX-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İŞİD tərəfdarı partlayış törətməyə, daha sonra isə Yaxın Şərqə gedərək terrorçuların sırasında döyüşməyə hazırlaşıb.
Saxlanılan şəxsin 1990-cı il təvəllüdlü Rusiya vətəndaşı olduğu, əldəqayırma bomba ilə inzibati binalardan birini partlatmağı planlaşdırdığı məlum olub.